6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Mirzoyan: "Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zamanla texniki prosesə çevriləcək"

01-sentyabr-2026, 02:37
Mirzoyan: "Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zamanla texniki prosesə çevriləcək"
Yazı Ölçüsü:

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasının zamanla texniki prosesə çevriləcəyi vaxt gələcək.

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, xəritələr, bütün prosedurlar və müvafiq sənədlər razılaşdırıldıqdan sonra baş verəcək.

"Azərbaycan Ermənistan Konstitusiyası ilə bağlı narahatlığını ifadə edir, biz isə hesab edirik ki, bu narahatlıq artıq sülh sazişinin mətnində öz əksini tapıb. Bu məsələdə razılığımız yoxdur. Eyni zamanda, hazırda sülh, iqtisadi əməkdaşlıq var, lakin müqavilə yoxdur", – Mirzoyan bildirib.

O, müxalifəti xarici dövlətin maraqlarına xidmət etməkdə ittiham edib. Mirzoyanın sözlərinə görə, müxalifət vəziyyətin pisləşməsini və hakimiyyətə gəlmək şansının yaranmasını istədiyi üçün sülhü istəmir və daha sonra "xilaskarın" gələcəyini gözləyir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031