6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Gürcüstan prezidenti 226 nəfəri əfv edib

28-avqust-2026, 11:05
Gürcüstan prezidenti 226 nəfəri əfv edib
Yazı Ölçüsü:
Mariamoba bayramı (Müqəddəs Məryəmin Göyə yüksəlməsi) münasibətilə Gürcüstan prezidenti Mixail Kavelaşvili 226 məhbusu əfv edib.
"PostMedia" yerli KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının administrasiyasının məlumatına görə, əfv azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 217 nəfərə və həbs ilə əlaqədar olmayan cəzalar çəkən 6 nəfərə şamil edilib. Daha 3 şəxsin məhkumluğu götürülüb.
“Gürcüstan prezidentinin müstəsna konstitusion səlahiyyətlərini həyata keçirməsi humanizm prinsipi və dövlət maraqları üzərində qurulub”, — deyə açıqlamada bildirilib.
2019-cu ildə əfv qaydasını Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili dəyişib. Əfv komissiyası ləğv edilib və həmin vaxtdan etibarən məhkumların işləri ilə bağlı materialları dövlət başçısının baxması üçün prezident administrasiyasının müvafiq ixtisaslaşmış xidməti hazırlayır.
Qərar qəbul edərkən prezident məhkumun şəxsiyyətini, törədilmiş cinayətin motivini və hallarını, səhhətini və ailə vəziyyətini, yaşını, çəkdiyi cəzanın müddətini, davranışını və təqsirini dərk etməsini, həmçinin zərərçəkmiş tərəfin mövqeyini və digər müşayiətedici amilləri nəzərə almalıdır.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930