N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev "Qarabağ"ın qələbəsi ilə bağlı paylaşım edib

01-oktyabr-2025
Admin
Prezident İlham Əliyev "Qarabağ"ın qələbəsi ilə bağlı paylaşım edib
Yazı Ölçüsü:
Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun ilk oyunu çərçivəsində Azərbaycanın "Qarabağ" futbol klubunun Danimarkanın "Kopenhagen" komandası üzərində 2:0 hesablı qələbəsi münasibəti ilə sosial şəbəkə hesabında paylaşım edib.
"PostMedia" xəbər verir ki, paylaşımda deyilir:
Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".
Kateqoriyalar