Polşanın müxalifətdə olan "Hüquq və Ədalət" Partiyasının deputatı Dominika Xorosinska Seymin iclası zamanı Baş nazirin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamışın çıxışının ən qızğın anında gözlənilmədən it kimi hürməyə başlayıb.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, nazirin çıxışı zamanı parlament zalından it hürüşünü xatırladan səslər eşidilib. Bu səsləri Xorosińskanın çıxardığı bildirilib. Görünür, deputat bu hərəkəti ilə siyasətçiyə və onun səsləndirdiyi fikirlərə münasibətini ifadə edib.
Həmin vaxt nazir "Hüquq və Ədalət" Partiyasının nümayəndələrini tənqid edib və ölkənin məhkəmə sistemindəki problemlərə də toxunub.
Baş nazir Donald Tusk daha sonra deputatın davranışından xoşagəlməz şəkildə təəccübləndiyini bildirib. Xorosinska isə baş verənlərlə bağlı hələlik açıqlama verməyib.