6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

DAXİLİ SİYASƏT

Azərbaycan İranı diplomatlar üçün hərbi risklərin mövcud olduğu ölkələr siyahısına daxil edib

28-avqust-2026, 18:16
Azərbaycan İranı diplomatlar üçün hərbi risklərin mövcud olduğu ölkələr siyahısına daxil edib
Yazı Ölçüsü:
İran Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarının müharibə və silahlı münaqişə şəraitində fəaliyyət göstərdiyi ölkələr siyahısına daxil edilib.
"PostMedia" xəbər verir ki, müvafiq qərarı Azərbaycanın Baş naziri Əli Əsədov imzalayıb.
Qərara əsasən, İran İslam Respublikası Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları üçün xüsusi iş şəraitinin tətbiq olunduğu ölkələr siyahısına əlavə edilib.
İran bu siyahıya daxil edilən səkkizinci ölkə olub. Qərar 2026-cı il martın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930