6°C Bakı
1$ = 1.70₼
Siyasət

KTMT-nin baş katibi: "Ermənistan və Bakı arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik"

19-may-2025, 17:49
KTMT-nin baş katibi: "Ermənistan və Bakı arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Ermənistan və Bakı arasında sülh müqaviləsinin imzalanacağına ümid edir.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir. Bunu KTMT-nin baş katibi İmanqali Tasmagambetov bildirib.
“Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, Ermənistan Respublikası və Azərbaycan Respublikasının danışıqların başa çatması və iki ölkə arasında dövlətlərarası sənədin mətninin razılaşdırılması ilə bağlı bəyanatıdır”, – deyə o, KTMT Parlament Assambleyasının Şurasının iclasında bildirib. – “Sənədin tezliklə imzalanacağına ümid edirik və onun həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə etibarlı yol açacağına inanırıq”.
KTMT PA Şurasının iclası 2025-ci ildə təşkilata sədrlik edən Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib. İclasa Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin rəhbərlik edib. O, eyni zamanda KTMT PA-nın da rəhbəridir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031