6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Bu gün Türkiyədə Antalya Diplomatik Forumu başlayacaq

11-aprel-2025
Bu gün Türkiyədə Antalya Diplomatik Forumu başlayacaq
Yazı Ölçüsü:

Bu gün Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində Antalya Diplomatiya Forumu başlayır.

PostMedia” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirə bir çox dünya liderləri, o cümlədən Suriya Prezidenti Əhməd Şara da qatılacaq.

Diplomatiya Forumu bu il dördüncü dəfə keçirilir və “Qütbləşmiş dünyada diplomatiyanın inkişafı” mövzusu ilə təşkil olunub.

Forumda 20-dən çox dövlət və hökumət başçısının, 50-dən artıq xarici işlər naziri daxil olmaqla 70-dən çox nazirin, həmçinin 60-a yaxın beynəlxalq təşkilat təmsilçisinin iştirakı gözlənilir. Ümumilikdə 4 minə yaxın qonaq, o cümlədən tələbələr tədbirə qatılacaq.


Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930