N/A°C Bakı
1$ = 1.70₼
Şou

Dünyanın ən zəngin ailələrinin uğur rəmzi olan 7 vərdişi

30-dekabr-2025
Admin
Dünyanın ən zəngin ailələrinin uğur rəmzi olan 7 vərdişi
Yazı Ölçüsü:
Əgər bir gün milyarderlər klubuna qoşulmağı xəyal edirsinizsə, bəlkə də işə biznes məktəbindən deyil, kitablardan başlamalısınız.
"JPMorgan" tərəfindən ümumi sərvəti 500 milyard dollardan çox olan 100-dən çox milyarder ailə üzvü arasında aparılan yeni araşdırmaya görə, mütaliə vərdişi onların uğurunun əsas amilidir. Fiziki məşqlər, ardıcıllıq və erkən oyanmaq da mühüm əhəmiyyət kəsb edir. Lakin bütün varlı ailələrin ortaq sirri bir nöqtədə birləşir: zamanı mümkün qədər səmərəli idarə etmək bacarığı.
"Həyatın valyutası pul deyil, zamandır", — deyə sorğuda iştirak edən ailə rəhbərlərindən biri yazır. "Bir dolları necə xərcləyəcəyinizi düşündüyünüz kimi, bir saatınızı necə keçirdiyiniz barədə də eyni dərəcədə diqqətli düşünün."
Mütaliə uğur aləti kimi
Texnologiya və süni intellekt dövründə, "ChatGPT"nin yüzlərlə səhifəni saniyələr ərzində xülasə edə bildiyi bir vaxtda uzunmüddətli mütaliə səmərəsiz görünə bilər. Lakin dünyanın ən uğurlu biznes liderləri bunun əksini düşünürlər.
Bill Qeyts zehni itiliyini qorumaq üçün ildə təxminən 50 kitab oxuduğunu etiraf edib. Uorren Baffet gününün 5-6 saatını qəzet, hesabat və təhlilləri oxumağa sərf edir və gələcək liderlərə hər gün 500 səhifə oxumağı tövsiyə edir. "Bilik mürəkkəb faizlər kimi toplanır", — deyə o izah edir.
JPMorgan-a görə ən zəngin ailələrin 7 vərdişi:
Mütaliə
Məşqlər (İdman)
Hərəkətlərin ardıcıllığı
Erkən oyanmaq
Tapşırıqların prioritetləşdirilməsi
Məqsədlərin müəyyən edilməs
Dərin düşünmə üçün vaxt ayırmaq
Milyarderlər asudə vaxtlarını necə keçirirlər?
Mütaliə uğurun açarı olsa da, varlı ailələr asudə vaxtlarında təbiəti, idmanı və yaxınları ilə vaxt keçirməyi üstün tuturlar. Ən populyar 10 hobbi aşağıdakılardır:
  1. Təbiət və açıq hava fəaliyyətləri
  2. İş
  3. Ailə və dostlarla vaxt keçirmək
  4. Tennis
  5. Qış idman növləri
  6. Qolf
  7. Mütaliə
  8. İdman zalı
  9. Balıq ovu
  10. Velosiped sürmək
  11. Süni intellekt və səmərəlilik
Sorğuda iştirak edənlərin demək olar ki, 10-dan 8-i şəxsi həyatında, 69%-i isə biznesində süni intellektdən istifadə edir. İnformasiyanın dərhal əlçatan olduğu bir dünyada vacib olan yalnız onu istehlak etmək deyil, həm də şüurlu şəkildə öyrənmək və zamanı idarə etməkdir.
"JPMorgan"ın "böyük düşüncə" üçün nəzərdə tutulmuş 2026-cı il kitab siyahısına Bobbi Braunun memuarları, Endryu Ross Sorkinin 1929-cu il birja çöküşü haqqında tarixi və Maykl Cordanın biznes uğurları barədə "Air Jordan" kitabı daxil edilib.
Kateqoriyalar