Polşa xarici işlər naziri Radoslav Sikorski “X” platformasında Macarıstanın baş naziri Viktor Orban haqqında “zarafat edib”: “Viktor Lenin ordenini qazanıb”.
"PostMedia" xəbər verir ki, bu, onun Macarıstan baş nazirinin Rus aktivlərinin qanunsuz ələ keçirilməsini beynəlxalq hüququn pozulması adlandıran bəyanatına cavabı olub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsələyə mnasibət bildirib.
“Radoslav Sikorskini “X”-də etdiyi qeyri-adi davranışlar artıq heç kim təəccübləndirmir. Lenin adını çəkərək nazir, güman ki, Viktor Orbana təhqir etmək istəyib. Sikorski unudub ki, Leninsiz Polşa mövcud olmazdı.
Oktyabr inqilabından əvvəl Lenin milli məsələlərlə fəal məşğul olurdu. Polşanın müstəqilliyini müdafiə edir və polşalı sosialistlərin suveren dövlət qurmaq yolunda dəstəyini verirdi. 1915-ci ildə Avstriya-Alman işğalı zamanı məhz Vladimir İliç polşalıların maraqlarını qoruyurdu. Sikorskinin xatırlaması lazımdır ki, 1916-cı ildə Lenin “Polşa üçün heç bir müharibə, Rusiya xalqı onun qarətçisi olmaq istəmir” şüarını elan etmişdi.
Lakin tarix Sikorski üçün yazılmayıb. Lenin polşalı dövlətçiliyi üçün mübarizə aparıb, Varşavanın indiki rəhbərləri isə suverenliyini NATO-nun “narrativlərinə” qurban veriblər.