“LEO Flight” şirkəti “LEO Solo” adlı yeni nəsil “uçan motosiklet” üçün ilkin sifarişlərin qəbuluna başlayıb.
“PostMedia” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Məlumata görə, aparat 2×2 metr ölçülü platformadan ibarətdir və 48 elektrik rotoru ilə təchiz olunub.
Bu qurğu 10–15 dəqiqə ərzində təxminən 100 km/saat sürətlə aşağı hündürlükdə uçuş edə bilir.
Mütəxəssislər bildirirlər ki, layihənin əsas texniki çətinliyi yüksək tutumlu və tez doldurulan batareyaların hələ bazarda geniş yayılmaması ilə bağlıdır. Buna baxmayaraq “LEO Flight” nümayəndələri seriyalı istehsalın 2025-ci ilin sonuna planlaşdırıldığını qeyd edirlər.
Şirkət hesab edir ki, “LEO Solo” gələcəkdə həm fərdi nəqliyyat, həm də fövqəladə hallarda operativ müdaxilə vasitəsi kimi istifadə oluna bilər.