6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Paşinyanın mühafizəçisi jurnalisti itələyib

28-noyabr-2025
Paşinyanın mühafizəçisi jurnalisti itələyib
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Yerevanda Armen Tiqranyan adına musiqi məktəbində olarkən onun mühafizəçisi ərazidə olan jurnalistlərdən birini itələyib.

"PostMedia" xəbər verir ki, təzyiqə məruz qalan "news.am" saytının əməkdaşı olub.

Məlumata görə, Paşinyanın səfərindən bir neçə saat əvvəl məktəbin bütün ətraf ərazisi onun təhlükəsizlik əməkdaşları ilə dolu olub.

Paşinyan çoxsaylı mühafizəçilərlə məktəbə gəlib. Mühafizəçilərin bir hissəsi baş nazirin düşəcəyi avtomobili mühasirəyə alıb, digərləri isə vətəndaşların məktəb ərazisinə giriş-çıxışını məhdudlaşdırıb.

Müxbir Baş nazirə sual verməyə cəhd edərkən, onun təhlükəsizlik əməkdaşlarından biri jurnalisti itələyib, müxbirin çiyin və telefonuna zərbə endirib.

Təhlükəsizlik əməkdaşları bildirib ki, məktəbin ətrafı Paşinyanın səfəri ilə əlaqədar müvəqqəti olaraq xüsusi mühafizə zonası elan edilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930