N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Roma Papasına su qəsd etmək istəyən şəxs Yeni Ppapa ilə görşə gedib

27-noyabr-2025
Türkan Nəbi
Roma Papasına su qəsd etmək istəyən şəxs Yeni Ppapa ilə görşə gedib
Yazı Ölçüsü:

1981-ci ildə Vatikanda Papa II Con Paula sui-qəsd cəhdində iştirak edən Mehmet Ali Ağca, Papa XIV Lev ilə görüşmək məqsədilə Türkiyənin Bursa vilayətinə bağlı İznik qəsəbəsinə səfər edib.

"PostMedia" Türtkiyə KİV-lərinə istinadən xəbər verir ki, İznikdə Papanı qarşılayan Ağca mediaya açıqlamasında bildirib ki, Vatikanla dostluq münasibətləri qorunmalıdır və o Papa’ya “Xoş gəldin” deyib.

Ağca ziyarətin tarixi baxımdan önəmli olduğunu qeyd edib, çünki İznik xristianlıq tarixində 1700 il əvvəl mühüm qərarların qəbul edildiyi bir məkandır.

O, həmçinin keçmişdə onu yanlış başa düşdüklərini vurğulayıb və özünü “ilahi planın mərkəzində” gördüyünü bildirib.

Səfərlə bağlı ümumi nəzəriyyələrinə də toxunan Ağca, bu görüşün yalnız dini bir tədbir olduğunu və insanların inanc azadlığına hörmətlə yanaşmalı olduqlarını diqqətə çatdırıb.

Ağcanın sözlərinə görə, Papa ilə görüş, həm Türkiyə, həm də Vatikan arasında dialoqun və dini əlaqələrin gücləndirilməsi baxımından önəmlidir. O, ziyarət zamanı heç bir münaqişə və ya gərginlik yaratmaq niyyətində olmadığını da qeyd edib.

İznikdəki görüş zamanı həmçinin dini liderlər və yerli rəsmilər iştirak edib, Papanın səfəri çərçivəsində Türkiyənin tarixi və mədəni irsi ilə bağlı tədbirlər də planlaşdırılıb.

Bu hadisə, Papa XIV Levin Türkiyəyə rəsmi səfərinin bir hissəsi olaraq, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda diqqət çəkib. Ağca görüşün sülh və anlaşmanın simvolu olmasını istədiyini açıqlayıb.

Görüşdən sonra Ağca mediaya verdiyi açıqlamada Papaya və Türkiyə tərəfinə təşəkkür edib və bu səfərin dini tolerantlığı təşviq edəcəyinə ümid etdiyini bildirib.

Kateqoriyalar