6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Roma Papası çoxarvadlılığı və çoxərliliyi qadağan edib

26-noyabr-2025, 22:40
Roma Papası çoxarvadlılığı və çoxərliliyi qadağan edib
Yazı Ölçüsü:
Roma Papası Leo XIV fərman dərc edib və ona əsasən katoliklərə eyni zamanda bir neçə partnyorla evlənmək və ya yaxın münasibət qurmaq qadağan olunur.
"PostMedia" bu barədə "Reuters"ə istinadən xəbər verir.
Çoxarvadlılıq və çoxərliyin icazəli olması məsələsi Vatikanın 2023 və 2024-cü illərdə keçirdiyi iki beynəlxalq sammitdə müzakirə olunub. Həmin toplantılarda dünyanın müxtəlif ölkələrindən yüzlərlə kardinal və yepiskop iştirak edib. Müzakirələrə səbəb Afrikada çoxarvadlılığın geniş yayılması və Qərb ölkələrində çoxpartnyorlu münasibətlərin artan populyarlığı olub.
Vatikan görüşləri təsdiqləyiblər ki, kilsənin mövqeyi dəyişməz qalır: katolik ənənəsinə görə, nikah bir kişi və bir qadının ömürboyu birliyi hesab olunur. Rəsmi sənəddə vurğulanıb: “Nikah bərabər ləyaqət və hüquqlara malik iki insanın birliyidir və bu, istisnasız sədaqət tələb edir”.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031