6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Mariya Zaxarov xoşbəxtliyin sirrini açıb

25-noyabr-2025
Mariya Zaxarov xoşbəxtliyin sirrini açıb
Yazı Ölçüsü:
Rusiya XİN sözçüsü Mariya Zaxarova: “Həqiqi xoşbəxtlik sevmək və sevgini paylaşmaq bacarığıdır”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Milis dalğası" (Mилицейская волна) radiosuna müsahibəsində insanı həqiqətən xoşbəxt edən amil barədə danışıb.
"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, xoşbəxtlik sevə bilmək və bu sevgini başqalarına ötürmək bacarığı ilə bağlıdır.
“Sevgi… bu elə bir ruh halıdır ki, anlayırsan — onu istifadə etdiyindən daha çox başqalarına verə bilərsən”, — deyə o, bildirib.
Zaxarova həmçinin qeyd edib ki, şəxsi həyatında “şallaq və kökə” prinsipindən istifadə etmir, baxmayaraq ki, bu stereotip tez-tez diplomatiyada işlədilir. Onun sözlərinə görə, bu ifadə müəyyən məsələlərin həllinə yönəlmiş tədbirlər kompleksini təsvir etmək üçün istifadə olunur, lakin o, şəxsi münasibətlərdə fərqli üsulları üstün tutur.
“Düzünü desəm, mən həyatımda müxtəlif yanaşmalardan istifadə edirəm”, — deyə Zaxarova əlavə edib.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031