6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Əfqanıstanda “Taliban” musiqi alətlərini “edam edib" – “Мадам Секретарь”

25-noyabr-2025, 18:39
Əfqanıstanda “Taliban” musiqi alətlərini “edam edib" – “Мадам Секретарь”
Yazı Ölçüsü:
“Taliban” hərəkatının silahlıları Əfqanıstanda musiqi alətlərini “təqfir” elan edərək onların məhv edilməsinə qərar veriblər.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı “Мадам Секретарь” Telegram kanal yayıb.
Məlumata görə, silahlılar Təlukan kəndinə daxil olaraq yerli sakinlərə məxsus bir neçə musiqi aləti aşkarlayıblar.
“Döyüşçü-imam elan edib ki, bu alətlərə şeytan daxil olub və ‘haram’ sayılan hər şeyi dərhal müsadirə edib məhv etməyi əmr edib”, – mənbə bildirib.
Hadisə zamanı 5 yaşlı Lütfulla və 7 yaşlı Abdal üçün nəzərdə tutulmuş kiçik pianino və dəf kənd camaatının gözü qarşısında baltalanaraq məhv edilib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930