Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsi ilə bağlı sülh planının Alyaska görüşündən əvvəl müzakirə olunduğunu bildirib, xəbər verir RBC.
«Müzakirələr zamanı amerikalı tərəf bizdən müəyyən güzəştlərə getməyi xahiş etdi», – deyə Putin bildirib.
Görüşlər zamanı Moskva sülh təklifləri ilə razılaşmasını təsdiqləyib. Lakin Alyaska görüşlərindən sonra amerikalı tərəf Trampın təklif etdiyi planın Ukrayna tərəfindən rədd edilməsi səbəbindən dayandırılıb. Putinin ehtimalına görə, məhz bu səbəbdən 28 maddədən ibarət «yenilənmiş plan» ortaya çıxıb. O qeyd edib ki, Rusiya həmin planın mətninə malikdir.
«Mən hesab edirəm ki, bu da yekun sülh sazişi üçün əsas ola bilər. Lakin bu mətn bizimlə ətraflı müzakirə olunmayıb», – deyə Rusiya Prezidenti əlavə edib.
