6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

ABŞ planına görə, Ukrayna Rusiyaya Donbası icarəyə verməlidir - "The Telegraph"

20-noyabr-2025
ABŞ planına görə, Ukrayna Rusiyaya Donbası icarəyə verməlidir - "The Telegraph"
Yazı Ölçüsü:

ABŞ tərəfindən hazırlanmış sülh planı Ukraynanın Rusiyaya Donbası icarə müqabilində verməsini nəzərdə tutur. Lakin plan Rusiyanın ukraynalı torpaqlardan istifadə üçün nə qədər ödəniş edəcəyi barədə konkret məlumat vermir.

"PostMedia" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri razılaşmanın şərtləri ilə tanış olan rəsmi şəxslərə istinadən məlumat yayıb.

“Tramp administrasiyasının razılaşmasına görə, Kiyev şərqi Donbas üzərində nəzarəti təhvil verəcək, amma hüquqi mülkiyyət hüquqlarını saxlayacaq. Rusiya isə bölgənin de-fakto idarəsi üçün icarə haqqı ödəyəcək”.

Nəşrin məlumatına görə, "Ağ Ev" Ukrayna Prezidenti Volodimir Zelenskidən ABŞ-ın 28 maddədən ibarət planına razılıq verməsini tələb edib. Əgər icarə müqaviləsi bağlanarsa, planın digər dövlətlərə verilməsi məsələsi ümumi xalq səsverməsinə çıxarılmayacaq.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031