N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Dünyanın ən varlı şəhərləri açıqlanıb

17-noyabr-2025
Türkan Nəbi
Dünyanın ən varlı şəhərləri açıqlanıb
Yazı Ölçüsü:
Ümumdaxili məhsul (ÜDM) göstəricisinə görə, dünyanın ən varlı şəhərlərinin adları açıqlanıb.
"PostMedia" xəbər verir ki, siyahı "CEOWORLD" nəşri tərəfindən hazırlanıb.
Dünyanın 300 şəhərinin yer aldığı siyahıya Yaponiyanın paytaxtı Tokio başçılıq edir.
“Tokio yenidən Yer planetinin ən varlı şəhəri elan edilib. 2025-ci ildə şəhərin ÜDM-i 2,55 trilyon dollar təşkil edib və hətta Nyu-Yorkun şəhər zonasını da geridə qoyub”, — deyə nəşr yazır.
Analitiklərin hesabatında qeyd olunur ki, Tokionun uğuru operativ mükəmməlliyə, texnoloji inkişaf səviyyəsinə və sabit iqtisadi idarəetməyə əsaslanır.
Nyu-Yorkun iqtisadiyyatı 2,49 trilyon dollara, Los-Anceles isə 1,62 trilyon dollara çataraq ilk üçlüyə daxil olub. Nyu-York reytinqdəki mövqeyini qlobal maliyyə mərkəzi və startap ekosistemi sayəsində qoruyub. Los-Anceles isə əyləncə sənayesi, həmçinin texnologiya və aviasiya-kosmik sahələrin hesabına dünyanın ən zəngin şəhərlərindən biri olub.
Reytinqdə həmçinin bu şəhərlər yer alıb:
  • London – 1,47 trilyon dollar
  • Seul – 1,42 trilyon dollar
  • Paris – 1,39 trilyon dollar
  • Çikaqo – 1,25 trilyon dollar
  • Osaka – 1,19 trilyon dollar
  • Şanxay – (məbləğ göstərilməyib, lakin ilk onluqdadır)
Tədqiqatın qeyd etdiyinə görə, dünyanın ən yaxşı 10 şəhəri qlobal ÜDM-in təxminən üçdə birini formalaşdırır.
Siyahıda Moskva 0,976 trilyon dollarla 17-ci yeri, İstnbul isə 0,676 trilyon dollarla 50-ci yeri tutub.
Kateqoriyalar