N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Dünyanın ən güclü passportları açıqlanıb - Azərbaycan 69-cu yerdədir

10-noyabr-2025
Türkan Nəbi
Dünyanın ən güclü passportları açıqlanıb - Azərbaycan 69-cu yerdədir
Yazı Ölçüsü:

Beynəlxalq "Henley & Partners" şirkəti yenidən dünyanın ən güclü passportlarının reytinqini açıqlayıb.

"PostMedia" xəbər verir ki, siyahıda 104 ölkə yer alıb.

Hesabat görə, Azərbaycan bu dəfə 69-cu yerdə qərarlaşıb. Azərbaycan passportun malik şəxslər 71 ölkəyə vizasız giriş edə bilirlər.

Region ölkələri arasında ən yaxşı göstərici Gürcüstana məxsusdur. Ümumilikdə 46-cıi yerdə olan Gürcüstanın vətəndaşları vizasız 123 ölkəyə səfər edə bilirlər.

Digər qonşu ölkələrə gəldikdə isə, Rusiya 50-ci yerdədir (114 ölkəyə vizasız səyahət imkanı), Türkiyə 51-ci yerdədir (113 ölkə) və Ermənistan (67 ölkə) isə 72-ci mövqedədir.

Dünyada ən “güclü” pasporta sahib olan ölkə Sinqapurdur, onun pasportu ilə 193 ölkəyə vizasız səyahət mümkündür. Sonra Cənubi Koreya gəlir – 190 vizasız istiqamət, Yaponiyanın pasportu ilə isə vizasız səyahət 189 ölkəyə mümkündür.

Ən zəif passport isə Əfqanıstana məxsusdur. Siyahının sonuncu - 104-cü yerində qərarlaşan Əfqanıstanın vətəndaşları cəmi 24 ölkəyə vizasız girə bilər.

Kateqoriyalar