6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

İlon Mask tarixdə ilk trilyoner olmağa hazılaşır

07-noyabr-2025, 23:10
İlon Mask tarixdə ilk trilyoner olmağa hazılaşır
Yazı Ölçüsü:
Dünyanın ən varlı insanı İlon Mask yaxın on ildə müəyyən hədəflərə çatsa, tarixdə ilk trilyoner ola bilər.
"PostMedia" xəbər veir ki, bu barədə "Euronews" məlumat yayıb.
"Tesla" şirkətinin səhmdarları səsvermə zamanı icraçı direktora 1 trilyon dollarlıq səhmlər verilməsini dəstəkləyiblər.
Bu qərar Maskın rəhbərliyi ətrafında həftələrlə davam edən mübahisələr fonunda qəbul olunub.
Müzakirələrə həm böyük, həm də kiçik investorlar, pensiya fondları və hətta Roma Papası da münasibət bildirib.
Səsvermə "Tesla" satışlarının, xüsusilə Almaniyada 50% azalması ilə bağlı xəbərlərin yayıldığı dövrdə baş tutub.
Buna baxmayaraq, səhmdarların 75%-i proqramı təsdiqləyib. “Fantastik səhmdar qrupu,” – deyə Mask nəticələr elan olunduqdan sonra bildirib və əlavə edib: “Tesla səhmlərinizi qoruyun”.
Bu nəticə Maskın satış və mənfəət azalmasına baxmayaraq investor etimadını hələ də qoruduğunu göstərir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930