“Trendyol” Azərbaycanda influencerləri bir araya gətirdi
07-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Bu dəfə “trendlər” onlayn deyil, real məkanda formalaşdı. Türkiyənin dünya miqyasında tanınan markası “Trendyol”, sosial mediada öz auditoriyası ilə gündəmi formalaşdıran influencerləri bir araya gətirərək, yaradıcılıq, innovasiya və əməkdaşlıq mövzularında maraqlı və ilhamverici təqdimat keçirdi. Görüş həm motivasiya, həm də gələcək əməkdaşlıqlar üçün yeni bir körpü yaratmaqla yanaşı, mövcud çağırışlara qarşı birgə addımların formalaşmasına şərait yaratdı.
Təxminən 150-dən çox sosial məzmun yaradıcısının qatıldığı “Qazandıran günlər” adlı görüşdə “Trendyol”un Influencer komandasının üzvləri Atanur Sümer və Umutay Dursun komandanın digər üzvləri platformada tətbiq edilən yeniliklər, yeni kampaniyalar və influencer əməkdaşlığı imkanları barədə təqdimatla çıxış ediblər.
Noyabr ayında “Trendyol” iki böyük kampaniya həyata keçirəcək. Onlardan biri artıq başlamış “Super alış-veriş günləri”, digəri isə “Əfsanə günlər” adlanır və 27 noyabr – 2 dekabr tarixləri arasında baş tutacaq.
“Noyabr ayı “Trendyol” müştəriləri üçün bayram hesab olunur. Ötən il ərzində 2 mindən çox influencer tərəfindən 50 mindən artıq kontent paylaşılıb. Bu, “Trendyol”un dünyada necə geniş və aktiv bir şəbəkə formalaşdırdığını göstərir. Ötən il 8,6 milyondan çox baxış qeydə alınıb – yəni 8,6 milyon dəfə linkə keçid edilib. Bu il isə influencer əməkdaşlığında 2024-cü ildəkindən daha aktiv olacağımızı düşünürük,”
“Trendyol” təmsilçisi həmçinin vurğulayıb ki, ötən ilin göstəricilərinə əsasən, noyabrda hər bir influencer oktyabrla müqayisədə hesabına girişləri 44 % artırıb.
“Paylaşımları daha çox olan influencerlərin səhifələrinin izləyici sayı orta hesabla 66 % artıb. 2025-ci ildə bu göstəricilərin daha da yüksələcəyini gözləyirik,” – deyə şirkət nümayədələri A.Sümer qeyd edib.
Qeyd edək ki, “Trendyol” Azərbaycan bazarına 2023-cü ildən daxil olub və qısa müddət ərzində ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platforması statusunu qazanıb. Şirkətin hazırda Azərbaycanda 2 milyondan çox aktiv müştərisi var.