N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Floridada yerləşən hava limanı Donald Trampın adını daşıya bilər

05-noyabr-2025
Turan Hüseynli
Floridada yerləşən hava limanı Donald Trampın adını daşıya bilər
Yazı Ölçüsü:

ABŞ-nin Florida ştatının qanunvericiləri Prezident Donald Trampın adını daşıyan hava limanı yaratmaq təşəbbüsü ilə çıxış ediblər.
PostMedia” “Daily Mail”ə istinadən xəbər verir ki, təklifə əsasən, “Palm Beach” Beynəlxalq Hava Limanı rəsmi şəkildə “Donald Trump” Beynəlxalq Hava Limanı adlandırıla bilər.
Qanun layihəsini Florida ştatının konqresmeni Meq Uinberqer təqdim edib. Sözügedən hava limanı “Palm Beach” adasında Trampın sevimli “Mar-a-Lago” iqamətgahından təxminən dörd mil (6,4 km) məsafədə yerləşir.
Uinberger bu ilin fevralında da oxşar təşəbbüslə çıxış edərək, materikdən “Mar-a-Lago”ya aparan “South Boulevard” adlı dörd millik yolun Donald Trampın şərəfinə adlandırılması barədə layihə təklif etmişdi.
Tramp 2019-cu ildə Florida ştatının daimi sakini olub. O, 2016-cı il seçkilərində qalib gəldikdən sonra doğma Nyu-York şəhərindən “Ağ Ev”ə köçmüşdü, lakin 2020-ci il seçkilərindən əvvəl Floridaya daşınaraq bəyan etmişdi ki, nəticədən asılı olmayaraq, “Mar-a-Lago” onun rəsmi yaşayış yeri olacaq.
“Mən Nyu-Yorku və onun sakinlərini çox sevirəm və həmişə qiymətləndirəcəyəm. Amma təəssüf ki, hər il şəhərə, ştata və yerli büdcəyə milyonlarla dollar vergi ödəməyimə baxmayaraq, şəhərin və ştatın siyasi rəhbərliyi mənə çox ədalətsiz yanaşdı”.

Kateqoriyalar