N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

İlin sonuna qədər Super Ay müşahidə olunacaq

04-noyabr-2025
Turan Hüseynli
İlin sonuna qədər Super Ay müşahidə olunacaq
Yazı Ölçüsü:
Astronomların 2025-ci ilin sonuna qədər iki ardıcıl Super Aya şahid olacağımızı bildirirlər.
"PostMedia" xəbər verir ki, bu hadisələr noyabrın 5-də və dekabrın 5-də baş verəcək. Super Ay o zaman yaranır ki, tam Ay fazası onun Yerə ən yaxın nöqtəsi olan "perigee" ilə üst-üstə düşür.
Moskva Planetariumunun məlumatına görə, ilin ən böyük və ən parlaq Ayı noyabrın 5-də olacaq. Həmin gün Ay tam fazaya Bakı vaxtı ilə saat 17:20-də çatacaq. Yerə ən yaxın məsafə isə noyabrın 6-da, saat 02:30-da qeydə alınacaq. Bu zaman Yer və Ay arasındakı məsafə cəmi 356 832 kilometr, orta məsafədən təxminən 50 min km daha yaxın olacaq.
Bu yaxınlaşma nəticəsində Ay 8% daha böyük, 16% daha parlaq görünəcək. Alimlərin sözlərinə görə, “nəhəng Ay effekti” xüsusilə üfüq yaxınlığında daha aydın hiss olunur — insan beyni Ayı yerüstü obyektlərlə müqayisə edərək onu daha iri qəbul edir.
İkinci Super Ay dekabrın 5-də baş verəcək. "Perigee" dekabrın 4-də, saat 14:07-də, tam faza isə Bakı vaxtı ilə 03:15-də olacaq. Bu dəfə məsafə 356 961 km təşkil edəcək, yəni əvvəlkindən cəmi 129 km uzaq, lakin görünüş baxımından fərq hiss olunmayacaq.
Hər iki Super Ayı ən yaxşı şəkildə gün batımı və ya gün doğumu zamanı, şəhər işıqlarından uzaqda müşahidə etmək tövsiyə olunur.
Mütəxəssislər qeyd edirlər ki, Super Ay təkcə görkəmi ilə deyil, həm də okean səviyyəsində yüngül təxminən 10-15 sm qalxmalara səbəb olur.
Kateqoriyalar