6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Əkrəm Həsənov: "Ramiz Mehdiyev Eldar müəllimdən fərqli olaraq Azərbaycan dilində yaxşı danışır"

03-noyabr-2025, 19:54
Əkrəm Həsənov: "Ramiz Mehdiyev Eldar müəllimdən fərqli olaraq Azərbaycan dilində yaxşı danışır"
Yazı Ölçüsü:

"Bir ara elə bilirdim ki, Eldar Əzizov Ramiz Mehdiyevin qohumudur".

"PostMedia" xəbər verir ki, bu barədə tanınmış hüqüqşünas-vəkil Əkrəm Həsənov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Ə.Həsənov qeyd edib ki, Ramiz Mehdiyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısından fəqli olaraq Azərbaycan dilində dah yaxşı danışır:

Nədənsə zahiri oxşarlıq tapırdım. Lakin Ramiz müəllim nə qədər rus rezidenti olsa da, Eldar müəllimdən fərqli olaraq Azərbaycan dilində yaxşı danışır".

Xatırladaq ki, oktyabrın 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mehdiyev Ramiz Ənvər oğlunu saxlayıb və Bakı şəhəri Səbail rayon məhkəməsi onun barədə cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031