N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Uelsdə 10 yaşlı qız 220 milyon illik nəhəng dinozavr izləri tapıb

03-noyabr-2025
Türkan Nəbi
Uelsdə 10 yaşlı qız 220 milyon illik nəhəng dinozavr izləri tapıb
Yazı Ölçüsü:

Tegan adlı 10 yaşlı qız anası Klerlə birlikdə Uelsin cənub sahilində gəzintiyə çıxarkən təxminən 220 milyon il yaşı olan qədim dinozavrın beş aydın şəkildə qorunmuş izini aşkarlayıb.

PostMedia” xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.

Hadisə arxeoloji tapıntılarla tanınan “Vale of Glamorgan” bölgəsində baş verib. Tegan qırmızımtıl, məsaməli süxurlar üzərində bir-birindən təxminən 75 sm aralıda yerləşən böyük izlər zolağını görüb.

Anası tapıntını şəklini çəkərək Uels Milli Muzeyinə göndərib. Muzeyin paleontologiya şöbəsinin kuratoru Sindi Houls təsdiqləyib ki, izlər çox güman “Sauropodomorpha” ailəsinə aid ot yeyən dinozavra, bəlkə də “Camelotia” cinsinə mənsub bir növə məxsusdur. Bu növ dinozavrlar “Trias” dövrünün sonlarında yaşamışlar.

Uzunboğaz dinozavrın 3 metr hündürlüyü və 5 metr uzunluğu olduğu ehtimal edilir. İzlərin ardıcıllığı heyvanın bəzən iki, bəzən isə dörd ayaqla hərəkət etdiyini göstərir.

“Əgər bu izlər sadəcə təsadüfi çuxurlar olsaydı, şübhələnərdik, amma soldan-sağa ardıcıllıq və ritmik düzülüş real canlıya işarə edir”-deyə Houls bildirib.

Alim həmçinin tapıntının elmi əhəmiyyətini vurğulayıb: “Uelsdə dinozavrlarla bağlı məlumatlarımız az idi, amma indi hər beş-altı ildən bir yeni izlər və ya sümüklər tapırıq. Bu da sübut edir ki, bu ərazidə dinozavrların yaşayışı təxminən 15 milyon il davam edib”.

“Sadəcə maraq üçün gəzirdik və birdən başa düşdük ki, yüz milyon illər əvvəl dinozavrların addımladığı qumda addımlayırıq,” – deyə Tegan bildirib.

Kateqoriyalar