Rusiyalı alimlər Şərqi Qafqaz dağlarında — Cənubi Dağıstan və Şimali Azərbaycanın dağlıq ərazilərində — yeni bitki növü aşkarlayıblar.
"PostMedia" xəbər verir ki, bitkinin yarpaqları ürək formasında olduğu üçün o, “ürək formalı astruqal” (Astragalus cordigerus) adlandırılıb.
Yeni növ dəniz səviyyəsindən 800–1800 metr yüksəklikdə, çox məhdud ərazidə yayılıb və endemik bitkilər qrupuna daxildir. Alimlərin sözlərinə görə, bu kəşf gələcəkdə Şərqi Qafqazda xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılmasına əsas ola bilər.