Tailand turistlərə alış-veriş üçün kriptovalyuta ilə ödəniş etməyə icazə verəcək.
"PostMedia" xəbər verir ki, baş nazirin müavini və maliyyə naziri Pxicay Çunxavaçiranın sözlərinə görə, krallığın Maliyyə Nazirliyi dünyada istifadə olunan modelləri öyrənir və rəqəmsal aktivlərin bank kartlarına bağlanmasına şərait yaratmaq istəyir.
Tailand kriptovalyutanı ölkənin real iqtisadiyyatına inteqrasiya etməsinu və turistlərə rəqəmsal aktivlərini kredit kartlarına bağlayaraq alış-veriş etməyə imkan verməyi planlaşdırır. Bu barədə The Nation qəzeti məlumat yayıb.
Tailandın baş nazirinin müavini və maliyyə naziri Pxicay Çunxavaçiranın sözlərinə görə, Maliyyə Nazirliyi dünyada istifadə edilən modelləri araşdırır: “Bəzi xarici ölkələrdə artıq kriptovalyutadan alış-veriş üçün istifadə olunur, bunu kredit kartlarına bağlayaraq həyata keçirirlər. Alıcı mal alarkən satıcı ödənişi yerli valyutada alır və çox vaxt müştərinin kriptovalyutadan istifadə etdiyini belə anlamır. Bu yanaşmanı dərhal Tailand üçün də uyğunlaşdırmaq mümkündür,” – deyə o bildirib.
Qəzetin yazdığına görə, hökumət kapital bazarı ilə rəqəmsal aktiv bazarını birləşdirmək üçün mövcud qanunlara dəyişikliklər etməyi planlaşdırır. Hazırda bu iki sahə ayrı hüquqi çərçivələrlə tənzimlənir. Bununla əlaqədar Tailand Bankı ilə danışıqlara başlanılıb.
Tailand Turizm Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri ölkəyə 13,4 milyon xarici turist səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2% azdır. Ən çox turist Çindən gəlib – 1,8 milyon. İkinci yerdə Malayziya (1,7 milyon), üçüncü yerdə isə Rusiya qərarlaşıb (932 min). Dördüncü yerdə Hindistan (880 min), beşinci yerdə isə Cənubi Koreya (637 min) yer alır.