Özbəkistan Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşlarının daxili sənəd (şəxsiyyət vəsiqəsi və ya ID kart) əsasında respublika ərazisinə daxil olması imkanını təmin etmək üçün bu ölkələrlə danışıqlar aparmağı planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamında bildirilirəb.
Sərəncamda deyilir: “Üç ay müddətində danışıqlara başlamaq və nəticələrə əsasən Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşlarının daxili sənəd və ya ID-kartla Özbəkistan Respublikasının ərazisinə 30 günədək müddətə daxil olmasına dair rejimin tətbiqi ilə bağlı təkliflər hazırlamaq tapşırılır”.
Bundan əlavə, prezident Mirziyoyev ABŞ vətəndaşları üçün vizasız rejimin tətbiqi təşəbbüsü ilə çıxış edib və özbəklərin ABŞ-a səfərləri üçün viza tələblərinin yüngülləşdirilməsi istiqamətində iş aparılmasını da tapşırıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
