6°C Bakı
1$ = 1.70₼
Maraqlı

İlham Əliyevin Moskva səfəri niyə təxirə salındı? - SƏBƏBLƏR

08-may-2025, 00:01
İlham Əliyevin Moskva səfəri niyə təxirə salındı? - SƏBƏBLƏR
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq.
APA Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib.
Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.
Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.
Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.
Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031