N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Mask uşaqlarını “ordu” adlandırıb

17-aprel-2025
Admin
Mask uşaqlarını “ordu” adlandırıb
Yazı Ölçüsü:
ABŞ hökumətində fəaliyyətin səmərəliliyinin artırılması üzrə agentliyin (DOGE) işini idarə edən İlon Mask uşaqlarını “legion” adlandırır, bu da Roma Respublikası və Roma İmperiyası dövründəki ordu birləşmələrini nəzərdə tutur.
"PostMedia" xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti mənbələrə istinadən məlumat verib.
Onların məlumatına görə, Mask “legion” səviyyəsinə çatmaq niyyətindədir. O, Yer üzündə əhalinin azalması səbəbilə bəşəriyyətin qarşısında yaranan təhdidlər fonunda yüksək intellektli insanların sayının artmasını istəyir. WSJ yazır ki, sahibkarın dörd qadından azı 14 uşağı var. Bununla belə, qəzetin bir neçə mənbəsi iddia edir ki, Maskın əslində daha çox uşağı var.
Qəzet həmçinin bildirir ki, Mask uşaqlarının potensial analarını X sosial platformasında tapır.
Kateqoriyalar