6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

ABŞ-də bir keşiş ianə qarşılığında Allahdan zənginlik vəd edib

27-yanvar-2026
ABŞ-də bir keşiş ianə qarşılığında Allahdan zənginlik vəd edib
Yazı Ölçüsü:

ABŞ-nin Florida ştatında bir kilsə keşişi inanclılara qısa müddətdə böyük məbləğdə pul köçürməyə çağıraraq, bunun müqabilində Allahın onları milyonçu edəcəyini iddia edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Premier Christian" nəşri məlumat yayıb.

Özünü “tərifçi” adlandıran pastor Todd Hall konfrans zamanı çıxış edərək bildirib ki, Allah kiməsə nəhəng sərvət bəxş etməyə hazırdır. Onun sözlərinə görə, bu, 90 saniyə ərzində 10 min dollar ianə edənlərə nəsib olacaq.

Sosial şəbəkələrdə ciddi tənqidə məruz qalan videoda bahalı kostyum geyinmiş keşiş ianə etməyə çağırır və iddia edir ki, Allah onun çağırışına cavab verənlərin “üzünə baxacaq”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930