N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Niderland Rusiya diplomatları ilə bağlı qərsar qəbul edib

26-yanvar-2026
Turan Hüseynli
Niderland Rusiya diplomatları ilə bağlı qərsar qəbul edib
Yazı Ölçüsü:

Niderland Xarici İşlər Nazirliyi Avropa İttifaqı daxilində rusiyalı diplomatların hərəkətinə tətbiq olunan yeni məhdudiyyətlərlə bağlı Rusiya səfirliyini rəsmi şəkildə məlumatlandırıb.

"PostMedia" bu barədə Rusiya diplomatik nümayəndəliyi "RİA Novosti" agentliyinə açıqlama verib. Bildirilib ki, sözügedən qərar Avropa İttifaqının 19-cu sanksiyalar paketi çərçivəsində qəbul edilib.

Yeni qaydalara əsasən, Aİ ölkələrində akkreditə olunmuş Rusiya diplomatları və konsulluq əməkdaşları Şengen zonasına daxil olan başqa bir ölkənin sərhədini keçməzdən əvvəl həmin ölkənin səlahiyyətli qurumlarını əvvəlcədən xəbərdar etməlidirlər. Bu tələb tranzit keçidlərə də şamil olunur. Məhdudiyyətlərin 25 yanvar tarixindən qüvvəyə mindiyi qeyd olunur.

Rusiya səfirliyinin məlumatına görə, Niderland Xarici İşlər Nazirliyi ötən həftə bu prosedurun tətbiqi barədə səfirliyi rəsmi qaydada məlumatlandırıb. Diplomatik nümayəndəlikdə bildirilib ki, Avropa hakimiyyətinin bu addımı hüquq normalarının seçmə şəkildə tətbiqi və məqsədyönlü təzyiq siyasətinin növbəti elementi kimi qiymətləndirilir. Rəsmi Moskva bu qərarın diplomatik fəaliyyətə mənfi təsir göstərəcəyini hesab edir.

Kateqoriyalar