N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

ABŞ-ın təşəbbüsü ilə Ermənistan–Azərbaycan enerji əməkdaşlığı müzakirə mövzusuna çevrilib

26-yanvar-2026
Türkan Nəbi
ABŞ-ın təşəbbüsü ilə Ermənistan–Azərbaycan enerji əməkdaşlığı müzakirə mövzusuna çevrilib
Yazı Ölçüsü:

Energetika artıq yalnız texniki sahə deyil, qlobal geosiyasi qarşıdurmanın əsas elementlərindən biri kimi çıxış edir. "PostMedia" xəbər verir ki, "Sputnik Armeni"nın köşə yazarı Arman Abovyanın fikrincə, kollektiv Qərb postsovet məkanında enerji sahəsini Rusiya ilə qarşıdurmanın əsas alətlərindən biri hesab edir. Bu kontekstdə Ermənistanın enerji siyasəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi müzakirələr doğurur.

Müəllif xatırladır ki, Ermənistanın yeganə Atom Elektrik Stansiyası olan Metsamor AES ölkədə istehsal olunan elektrik enerjisinin 30–40 faizini təmin edir. 2023-cü ilin dekabrında Rusiya ilə stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması barədə müqavilə imzalansa da, rəsmi İrəvan paralel olaraq ABŞ-la nüvə energetikası sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir. Söhbət ABŞ-nin təşviq etdiyi kiçik modul reaktorlar texnologiyasından gedir.

2025-ci ilin avqustunda Ermənistan və ABŞ arasında mülki nüvə əməkdaşlığına dair niyyət memorandumu imzalanıb. Ekspertlər qeyd edirlər ki, bu texnologiyalar hələ geniş tətbiq olunmayıb və seysmik zonalar üçün risklər daşıyır. Bununla yanaşı, nüvə tullantılarının idarə olunması məsələsi də açıq qalır.

Məqalədə vurğulanır ki, Ermənistan ABŞ-ın TRIPP təşəbbüsü çərçivəsində Azərbaycanla enerji sistemlərinin inteqrasiyasına razılıq verib. Analitiklərin fikrincə, bu addım Azərbaycanın Ermənistanın kritik enerji infrastrukturuna təsir imkanlarını artıra bilər. Nəticə etibarilə, müəllif bu prosesi Ermənistan və Azərbaycan arasında “ABŞ akompanementi altında enerji tanqosu” kimi xarakterizə edir.

Kateqoriyalar