6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Nyu-Yorkda bankda həyəcan siqnalını marallar işə salıb

23-yanvar-2026, 20:30
Nyu-Yorkda bankda həyəcan siqnalını marallar işə salıb
Yazı Ölçüsü:
Nyu-Yorkda "Webster Bank"ın bir filialında həyəcan siqnalı quldurların deyil, maralın səbəbindən işə düşüb.
Bu barədə "PostMedia" UPI-yə istinadən xəbər verir.
Rayon polisi hadisə yerinə cinayətkar axtarışı ilə gəlsə də, əvəzində pəncərəni sındıraraq banka daxil olmuş heyvanla qarşılaşıb. Qorxuya düşmüş maral bankın içində çaşqın halda qaçaraq mebel və avadanlıqlara dəyib.
Polislər heyvanı xüsusi ilgək (lasso) vasitəsilə ehtiyatla zərər vermədən zərərsizləşdirib və çölə çıxarıblar. Qısa müayinədən sonra maral yaxınlıqdakı meşəyə buraxılıb, ehtimal olunur ki, xəsarət almayıb.
Bank nümayəndələri dəyən zərərin qiymətləndirilməsinə başlayıb və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün binanın ön hissəsinin möhkəmləndiriləcəyini bildiriblər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31