6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"Ağ Ev" Belçika ilə Belarusu qarışdırıb - Brüssel "Sülh Şurası"na daxil edilməsinə etiraz edib

22-yanvar-2026
"Ağ Ev" Belçika ilə Belarusu qarışdırıb - Brüssel "Sülh Şurası"na daxil edilməsinə etiraz edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"na (Council of Peace) üzv olan ölkələrin siyahısında Belçikanın adının yer alması rəsmi Brüsselin etirazına səbəb olub.

"PostMedia" xəbər verir ki, Belçikanın xarici işlər naziri Maksim Prevo "X" hesabında bəyan edib ki, ölkəsi bu şuraya daxil olmayıb: "Belçika "Sülh Şurası"nın nizamnaməsini imzalamayıb. Bu iddia yanlışdır". Nazirin sözlərinə görə, bir çox Avropa ölkəsi kimi Belçikanın da bu təşəbbüslə bağlı şübhələri var və Brüssel "vahid və koordinasiya edilmiş Avropa cavabı" tərəfdarıdır.

NBC və Belçikanın VRT telekanalının məlumatına görə, Ağ Evin yaydığı ilkin siyahıda Belçikanın adı Bəhreyn, Mərakeş, Argentina, Ermənistan, Azərbaycan, Bolqarıstan, Misir, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Monqolustan, Pakistan, Paraqvay, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ və Özbəkistanla bir sırada çəkilib. Mənbələr Ağ Evin Belçika (Belgium) ilə Belarusu (Belarus) səhv saldığını bildirirlər.

{include file="engine/modules/calal/embed.php?content=https://x.com/prevotmaxime/status/2014300654240477577?s=20"}
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930