N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Belçikanın baş naziri Trampı “acgöz tırtıl” adlandırıb

21-yanvar-2026
Türkan Nəbi
Belçikanın baş naziri Trampı “acgöz tırtıl” adlandırıb
Yazı Ölçüsü:
Belçikanın baş naziri Bart De Vever ABŞ Prezidenti Donald Trampı Qrenlandiya ilə bağlı bəyanatları fonunda “ac tırtıl”a bənzədib.
"PostMedia" xəbər verir ki, bu barədə The Daily Mail qəzeti məlumat yayıb.
Trampın müttəfiqə yaraşmayan davranışını şərh edən baş nazir amerikalı yazıçı Erik Karlın “Çox ac tırtıl” adlı uşaq kitabına istinad edib. Həmin kitabda həşərat həddindən artıq acgözləşir və nəticədə mədəsi ağrıyır.
“Düşünürəm ki, şirin sözlərin vaxtı artıq keçib. Elə bir məqam gəlir ki, tərif və yaltaqlıq əks nəticə verir. Bu, onları daha bir addım irəli atmağa təşviq edir — bu da ‘Çox ac tırtıl’dır”, — deyə qəzet De Veverin sözlərini sitat gətirib.
Qeyd edək ki, Donald Tramp yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-ın İkinci Dünya müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya qaytarmaqla “çox axmaq hərəkət” etdiyini bildirib. O, ABŞ-ın Danimarkadan Qrenlandiyanın verilməsinə nail olmağı planlaşdırdığını və bunun “Qızıl Günbəz” adlı genişmiqyaslı raketdən müdafiə sisteminin yerləşdirilməsi üçün nəzərdə tutulduğunu vurğulayıb.
Kateqoriyalar