6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp Azərbaycanı yenidən "Aberbaycan" adlandırıb

21-yanvar-2026
Tramp Azərbaycanı yenidən "Aberbaycan" adlandırıb
Yazı Ölçüsü:

Davos Dünya İqtisadi Forumundakı çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllini yenidən xatırladıb və bu zaman Azərbaycanın adını yenə də "Aberbaycan" kimi tələffüz edib.

"PostMedia" xəbər verir ki, xüsusilə bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə necə müzakirə etdiyindən danışıb:

"Vladimir Putin mənə zəng etdi... Ermənistan və Aberbaycan... O dedi: 'Sizin bu münaqişəyə son qoyduğunuza inana bilmirəm'", — deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Tramp keçmişdə də dəfələrlə ölkə adlarını səhv salıb; Ermənistanı "Albaniya" adlandırıb, bir dəfə isə hətta "Kamboca və Ermənistan" arasındakı müharibəni dayandırdığını bəyan edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930