Norveç Nobel Komitəsi ABŞ Prezidenti Donald Trampa Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını özündə saxlamasına icazə verib.
"PostMedia" xəbər verir ki, təşkilat bu barədə "X" sosial media platformasında məlumat yayıb.
"Medal əldən-ələ keçə bilər, lakin Nobel Sülh Mükafatı laureatı titulu yox", — deyə bəyanatda bildirilir.
Yanvarın 6-da Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkəyə edilən hücumlardan sonra 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını ABŞ prezidentinə təhvil verməyə hazır olduğunu bəyan etmişdi. O bildirmişdi ki, mükafatı alarkən onu amerikalı liderə həsr edib, çünki «onun buna layiq olduğuna» inanır. Müxalifət lideri qeyd edib ki, yanvarın 3-də Tramp bir çoxlarının qeyri-mümkün hesab etdiyi bir şeyə «nail olub».
Yanvarın 15-də Tramp "Ağ Ev"də Maçado ilə görüşüb. Danışıqlardan sonra müxalifət lideri Nobel Sülh Mükafatı medalını ABŞ prezidentinə təqdim etdiyini bildirib. "Fox News"un məlumatına görə, amerikalı lider bu hədiyyəni qəbul edib.