ABŞ Prezidenti Donald Tramp "Ağ Ev"də keçirilən mətbuat konfransı zamanı jurnalistlərə zarafatla şüşədən köhnəlmiş süd içməyi təklif edib.
“Burada südümüz var. Beş gündür oradadır… Mən onu mətbuatın dadması üçün gətirmişəm”, – deyə o bildirib.
"PostMedia"nın xarici KİV-lərə istinadən verdiyiəlumata görə, administrasiya üzvləri prezidentin zarafatlarına gülüblər. Tramp əlavə edib ki, hamı uşaq vaxtı eyni şüşədən süd içib və jurnalistlərə də, əgər bir-birlərinə güvənirlərsə, südü eyni şüşədən dadmağı təklif edib.
Bu hadisə ABŞ administrasiyasının dövlət məktəblərinə tam yağlı süd verilməsi ilə bağlı qərarı fonunda baş verib. Sözügedən proqram 1942-ci ildə başlanmış, lakin 2012-ci ildə dayandırılmışdı və məqsədi uşaqlar arasında piylənməni azaltmaq idi.
Öz növbəsində Tramp qeyd edib ki, süd idrak (koqnitiv) inkişafı təşviq edir və şirələrə, qazlı içkilərə nisbətən daha yaxşı alternativdir. ABŞ prezidenti bildirib ki, süd bir neçə koqnitiv testdə əldə etdiyi uğurlu nəticələrin əsas səbəblərindən biri olub.