N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Netanyahunun təyyarəsi İranla mümkün gərginlik fonunda ölkəni tərk edib – "The Times of Israel"

14-yanvar-2026
Türkan Nəbi
Netanyahunun təyyarəsi İranla mümkün gərginlik fonunda ölkəni tərk edib – "The Times of Israel"
Yazı Ölçüsü:
İsrail hökumətinin əsas rəsmi təyyarəsi olan “Sionun Qanadı” ölkənin hava məkanını tərk edib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Məlumata görə, təyyarə İsrailin cənubunda yerləşən “Neqatim” hərbi aviabazasından havaya qalxaraq Aralıq dənizi istiqamətində uçub. Uçuşun səbəbləri açıqlanmır. Hazırda İsrailin Baş naziri Benyamin Netanyahuya aid mümkün xarici səfərlər barədə də rəsmi məlumat verilməyib.
"The Times of Israel" xatırladır ki, bu təyyarə daha əvvəl də İranın mümkün zərbələri ilə bağlı təhlükə fonunda İsrailin hava məkanını tərk etmişdi. Belə ki, 2025-ci il iyunun 13-də İsrailin İrana qarşı zərbələrindən sonra təyyarə ölkəni Ben Qurion hava limanından tərk etmişdi.
Bundan əvvəl isə 2025-ci il aprelin 13-də, İran tərəfindən gözlənilən raket hücumundan qısa müddət öncə “Sionun Qanadı” “Neqatim” aviabazasını tərk etmişdi. Qeyd olunur ki, həmin aviabaza sonradan İranın zərbəsinə məruz qalmışdı.
Kateqoriyalar