N/A°C Bakı
1$ = 1.70₼
Maraqlı

Paşinyan: "Qadınlar kişilərə nisbətən daha az korrupsiyaya meyllidir"

12-yanvar-2026
Amin Şükür
Paşinyan: "Qadınlar kişilərə nisbətən daha az korrupsiyaya meyllidir"
Yazı Ölçüsü:

"Qadınlar korrupsioner əməliyyatlara kişilərə nisbətən daha az meyllidirlər".

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Məhkəmə sistemi işçilərinin gününə həsr olunmuş panel müzakirəsində çıxış edən Paşinyan qeyd edib ki, subyektivlik və “korrupsioner düşüncə tərzi” qadınlarda daha az müşahidə olunur və bunun müəyyən səbəbləri var.

Onun sözlərinə görə, qadınlar kriminal mühitə daha az açıqdır və kriminal subkultura tərəfindən daha az təsirlənirlər. Paşinyan həmçinin “gəlin bu məsələni kişi kimi həll edək” ifadəsini kriminal subkulturanın əlaməti hesab edir.

Baş nazir əlavə edib ki, Ermənistanda ədalətə cavabdehlik əsasən qadınların üzərinə düşür. Ədalət və kriminal subkulturaya qarşı effektiv mübarizənin əsas amili isə təhsildir.

Qeyd edək ki, hazırda Ermənistanda Baş Prokuror, Daxili İşlər Naziri, Ədliyyə Naziri və Cinayət-icra idarəsinin rəhbəri vəzifələrində qadınlar çalışır.

Kateqoriyalar