6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

ABŞ hər bir qrenlandiyalıya onları öz tərəfinə çəkmək üçün 100 min dollara qədər ödəmək istəyir

09-yanvar-2026
ABŞ hər bir qrenlandiyalıya onları öz tərəfinə çəkmək üçün 100 min dollara qədər ödəmək istəyir
Yazı Ölçüsü:
Vaşinqtonda ən yüksək səviyyələrdə qrenlandiyalılara birdəfəlik iri məbləğdə ödənişlər edilməsi ideyası müzakirə olunur. Məqsəd ada sakinlərini Danimarkadan ayrılmağa və ABŞ-yə qoşulmağa razı salmaqdır.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ödənişin məbləği bir nəfər üçün 10 min dollardan 100 min ABŞ dollarınadək ola bilər.
ABŞ prezidenti Donald Tramp son vaxtlar yenidən vurğulayıb ki, təhlükəsizlik səbəblərinə görə ABŞ-a 57 min əhalisi olan Arktika adası Qrenlandiya lazımdır. Hazırda Qrenlandiya Danimarkanın muxtar bölgəsidir və Kopenhagen adanın satılmadığını bəyan edib. Avropa İttifaqı da Danimarkanı dəstəkləyib, DW xəbər verir.
Sorğular göstərir ki, qrenlandiyalılar ümumilikdə Danimarkadan gələcək müstəqillik ideyasını dəstəkləsələr də, ABŞ nəzarətinə keçməyə qarşıdırlar.
Ağ Ev bildirib ki, adanın həm satın alınması, həm də güc yolu ilə ələ keçirilməsi imkanları müzakirə olunur. Danimarkanın baş naziri Mette Frederiksen yanvarın 5-də xəbərdarlıq edib ki, ABŞ-ın Qrenlandiyaya müdaxiləsi NATO-nun sonu demək ola bilər. Yanvarın 7-də The New York Times-a verdiyi müsahibədə Tramp, administrasiyasının ada üzərində nəzarəti təmin etmək ilə hərbi alyansın bütövlüyünü qorumaq arasında seçim edə biləcəyini istisna etməyib.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930