6°C Bakı
1$ = 1.70₼
Maraqlı

Paşinyan avtomobilinin nömrəsini dəyişir

08-yanvar-2026, 20:58
Paşinyan avtomobilinin nömrəsini dəyişir
Yazı Ölçüsü:
Ermənistan Baş naziri Nikol Paşinyana xidmət edən avtomobilin dövlət nömrə nişanı bundan sonra erməni üçrəngli bayrağı və yanında “1” rəqəmindən ibarət olacaq.
"PostMedia" xəbər verir ki, üvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib.
Brifinq zamanı jurnalistin sualını cavablandıran Paşinyan xatırladıb ki, indiyədək avtomobilin nömrə nişanı “001 SS” olub. Onun sözlərinə görə, bu, Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın adının baş hərfləridir.
“Biz hesab edirik ki, dövlət nömrə nişanı heç kimin adının baş hərflərini daşımamalıdır, indi də, məsələn, "NP" olmamalıdır. Bu, dövlət seçimi məsələsidir və qərar protokol qaydalarının qorunması məntiqi ilə qəbul edilib. Biz nə qədər qeyri-formal yanaşmaların tərəfdarı olsaq da, bu, dövlət protokolunun əsaslarını sıfırlamaq demək deyil”, - deyə Paşinyan bildirib.
Qeyd olunur ki, layihə Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31