N/A°C Bakı
1$ = 1.70₼
Maraqlı

Papuaşvili: “Gürcü Maduronun özü bizdədir – Rustavi həbsxanasında”

07-yanvar-2026
Türkan Nəbi
Papuaşvili: “Gürcü Maduronun özü bizdədir – Rustavi həbsxanasında”
Yazı Ölçüsü:

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı danışarkən bildirib ki, Gürcüstanın da “öz Madurosu” var – törətdiyi cinayətlərə görə cəza çəkən sabiq prezident Mixail Saakaşvili.

Onun sözlərinə görə, “gürcü Maduronun özü Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsindədir”.

"PostMedia"nın xəbərinə görə, Papuaşvili qeyd edib ki, Gürcüstan qlobal güc deyil və buna görə də hakimiyyətin qlobal proseslərə verdiyi qiymətin xüsusi əhəmiyyəti yoxdur. Onun fikrincə, artıq beynəlxalq təhlükəsizlik sistemi mövcud deyil və bütün dövlətlər yalnız öz milli maraqlarına uyğun hərəkət edirlər.

Parlament sədri vurğulayıb ki, Avropa İttifaqı qlobal güc kimi artıq mövcud deyil və bu cür siyasətlə heç vaxt da qlobal gücə çevrilə bilməyəcək.

O, etiraz aksiyalarının iştirakçılarını xarici dövlətlərin bayraqlarını qaldırmamağa, bunun əvəzinə Gürcüstan bayrağını əllərinə almağa və milli dəyərlərə qayıtmağa çağırıb.

“Biz artıq xarici dəyərlərin bizi hara gətirib çıxardığını gördük. Gəlin, digər məsələlərlə yanaşı, patriarxın dünənki Milad müraciətində səsləndirdiyi fikirlərə əsaslanaraq gürcü dəyərlərinə sahib çıxaq”, – deyə Papuaşvili bildirib.

Qeyd edək ki, həqiqi azadlıq, söz və inanc anlayışları, eləcə də öz inancını qorumağın və sülhü saxlamağın vacibliyi bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın Milad müraciətinin əsas mövzuları olub.

Kateqoriyalar