Belarus Prezidenti Aleksandr Lukaşenko Milad bayramı münasibətilə kilsəyə səfəri zamanı Allaha etdiyi xahişdən danışıb.
"PostMedia" xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Lukaşenkonun sözlərinə görə, o, ölkədə qarlı və şaxtalı havanın olmasını arzulayıb. Belarus lideri bildirib ki, hazırkı qış şəraitindən razıdır və istədiyi hava faktiki olaraq gerçəkləşib.
“Biz bunu çox istəyirdik, mən də daxil olmaqla, Rəbbdən xahiş etdim ki, bir az şaxta olsun və qar yağsın. Baxın, elə də oldu. Hətta artıqlaması ilə”, – deyə Lukaşenko qeyd edib.
Prezident xüsusilə Qomel vilayətində dizə qədər qar yağdığını vurğulayıb.
Qeyd edək ki, Lukaşenko bundan əvvəl də kilsəyə səfəri zamanı Minsk və Zaslav mitropoliti Veniaminə “məbədə gedən yolu tapdığını” söyləmişdi.