N/A°C Bakı
1$ = 1.70₼
Maraqlı

“Belə bir şey olmayıb”: Ərdoğan Maduronun Türkiyəyə getməsi ilə bağlı iddiaları təkzib edib

07-yanvar-2026
Türkan Nəbi
“Belə bir şey olmayıb”: Ərdoğan Maduronun Türkiyəyə getməsi ilə bağlı iddiaları təkzib edib
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela lideri Nikolas Maduronun vəzifəsini tərk edərək Türkiyəyə getməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
"PostMedia" xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Ərdoğan bildirib ki, bu mövzuda Türkiyəyə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat daxil olmayıb.
“Bizə belə bir informasiya verilməyib, belə bir şey olmayıb”, – deyə Türkiyə prezidenti vurğulayıb.
Xatırladaq ki, daha əvvəl "The New York Times" nəşri ABŞ hakimiyyətinin ötən ilin dekabrın 23-də Venesuela prezidenti Nikolas Maduroya ölkəni tərk edərək Türkiyəyə getməyi təklif etdiyini, lakin Maduronun bu təklifi rədd etdiyini yazmışdı.
Qeyd edək ki, yanvarın 3-də ABŞ hərbçiləri Venesuela ərazisinə zərbələr endirib, prezident Nikolas Maduro və onun həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb. ABŞ prezidenti Donald Tramp Venesuelanın idarəçiliyinin ABŞ-ın nəzarətinə keçəcəyini, Vaşinqtona uyğun hakimiyyət formalaşana qədər bu prosesin davam edəcəyini açıqlayıb.
Karakas Vaşinqtonun addımlarını hərbi təcavüz kimi qiymətləndirib və ölkədə fövqəladə vəziyyət elan olunub. Prezident səlahiyyətlərini icra edən Delsi Rodriges isə Trampın tələblərinə cavab olaraq Venesuelanın heç vaxt heç kimin koloniyasına çevrilməyəcəyini bəyan edib.
Kateqoriyalar