6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Ermənistanın birinci xanımının Milad ibadəti zamanı taxdığı zinət əşyalarının qiyməti nə qədərdir?

06-yanvar-2026
Ermənistanın birinci xanımının Milad ibadəti zamanı taxdığı zinət əşyalarının qiyməti nə qədərdir?
Yazı Ölçüsü:

Ermənistanda keçirilən Milad ibadətinə bu ölkənin Baş naziri Nikol Paşinyanla birlikdə həyat yoldaşı Anna Hakopyan da gəlib.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o, kifayət qədər maraqlı geyimdə və xüsusi zinət əşyaları ilə diqqət çəkib. Media Anna Hakopyanın taxdığı zinət əşyalarının qiymətini öyrənməyə çalışıb.

Hakopyan İtaliyanın "Casato" brendinin "Aphrodite" kolleksiyasına aid zinət əşyalarından istifadə edir. İnternetdəki məlumatları araşdırarkən məlum olub ki, sırğaların qiyməti təxminən 2,5 milyon dram (11 193 manat), boyunbağının qiyməti 3,5 milyon dram (15 670 manat) və üzüyün qiyməti isə təxminən 2 milyon dramdır (8 954 manat).

Beləliklə, Anna Hakopyanın Milad geyimindəki təkcə zinət əşyalarının ümumi dəyəri 8 milyon dram (təxminən 35 860 manat) təşkil edir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930