"İlon möhtəşəmdir... O, 80% dahidir, qalan 20%-i isə səhvlərə yol verir. Amma o, yaxşı oğlandır. Onun niyyəti xeyirlidir".
"PostMedia" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin onunla Mask arasındakı fikir ayrılıqlarının həll olunub-olunmaması ilə bağlı sualına cavab verərkən deyib.
Dekabrın ortalarında "Axios" nəşri mənbələrə istinadən xəbər vermişdi ki, Mask Nümayəndələr Palatasına və Senata keçiriləcək aralıq seçkiləri ərəfəsində respublikaçıların seçki kampaniyalarını maliyyələşdirməyə başlayıb. Jurnalistlər qeyd ediblər ki, bu, Maskla ABŞ Prezidenti Donald Tramp arasındakı münaqişədən sonra münasibətlərin istiləşməsindən xəbər verə bilər.
İyun ayında Tramp və Mask sosial şəbəkələrdə bir-birlərinin ünvanına kəskin bəyanatlar səsləndirmişdilər. Mask iddia edirdi ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində qalib gələ bilməzdi. O, həmçinin prezidentin impiçmenti ideyasını dəstəkləyir, Ağ Ev tərəfindən himayə edilən xərclərin ixtisarını və administrasiyanın idxal rüsumlarını tənqid edir, 2025-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırırdı.
Cavab olaraq Tramp iddia etmişdi ki, Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən Mask öz vəzifələrini vicdanla yerinə yetirməyi dayandırıb və "ağlını itirib".