6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"Bakı Metropoliteni" “İçərişəhər” stansiyasında retro vaqon nümayiş etdirəcək

26-dekabr-2025
"Bakı Metropoliteni" “İçərişəhər” stansiyasında retro vaqon nümayiş etdirəcək
Yazı Ölçüsü:
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Metropoliteni tərəfindən silsilə bayram tədbirləri keçiriləcək.
Sərnişinlərin bayram günlərində böyük maraq və rəğbətlə qarşıladığı retro vaqonlar yenidən “İçərişəhər” stansiyasında nümayiş olunacaq.
Qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər.
Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq.
Bundan əlavə, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930