N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

ABŞ könüllü olaraq ölkəni tərk edən qanunsuz immiqrantlara 3000 dollara qədər pul ödəyəcək - Reuters

23-dekabr-2025
Türkan Nəbi
ABŞ könüllü olaraq ölkəni tərk edən qanunsuz immiqrantlara 3000 dollara qədər pul ödəyəcək - Reuters
Yazı Ölçüsü:
ABŞ rəsmiləri ilin sonuna qədər ölkəni könüllü tərk etməyə razı olanlara maliyyə həvəsləndirmələri təklif edərək, qanunsuz mühacirlərin sayını azaltmaq səylərini gücləndirirlər.
"PostMedia" xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Vaşinqtonun immiqrasiya siyasəti, büdcə və təhlükəsizlik sistemi üzərindəki yükün azaldılması zərurəti ilə bağlı iddialar fonunda sərtləşməkdə davam edir.
Əsas alətlərdən biri şərtlərinə əhəmiyyətli dərəcədə yenidən baxılmış, "özünü-deportasiya" proqramı olmuşdur.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bəyan edib ki, Tramp administrasiyası ölkəni könüllü tərk etməyə razı olan miqrantlara verilən ödənişlərin məbləğini üç dəfə artırıb.
Sözügedən ödənişin məbləği 3000 dollara qədər artırılıb. Bu məbləğ Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni olan və bu ilin sonuna qədər ölkəni tərk edəcək şəxslər üçün keçərli olacaq. Proqram həmçinin mənşə ölkəsinə pulsuz aviabiletləri də əhatə edir.
Nazirlik vurğulayıb ki, bu tədbir hökumət xərclərini azaltmaq məqsədi daşıyır. ABŞ Daxili Təhlükəsizlik Xidmətinin məlumatına görə, bir nəfər qanunsuz şəxsin saxlanılması, həbs edilməsi və deportasiya olunmasının orta dəyəri təxminən 17,000 dollar təşkil edir.
Daxili Təhlükəsizlik naziri Kristi Noem qeyd edib:
"Qanunsuz mühacirlər bu fürsətdən (hədiyyədən) yararlanmalı və özləri deportasiya olunmalıdırlar. Çünki bunu etməsələr, biz onları tapacağıq, həbs edəcəyik və onlar bir daha geri qayıda bilməyəcəklər."
Prosesi sadələşdirmək üçün mart ayında könüllü gedişlərin qeydiyyatı üçün yenilənmiş "CBP Home" mobil xidməti istifadəyə verilib. Əvvəllər "CBP One" adlanan tətbiq, əvvəlki administrasiya tərəfindən miqrantların ölkəyə qanuni daxil olması üçün istifadə edilirdi.
Kateqoriyalar